- Baxış sayı: 21
- 25 Mart 2026 19:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Ağır qələbəyə görə çox sevinirəm”.
Allsport.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Qurban Berdıyev “Neftçi”ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan premyer liqasının III tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, “Neftçi” bu il çox yaxşı komanda formalaşdırdığını bildirib: “Heyətini gücləndirib. Heyətlər bərabər olduqda hər iki komandanın üstün olduğu məqamlar oldu. İbrahima Vəci komanda ilə təlim-məşq toplanışında iştirak etməyib. Ona görə də yavaş-yavaş formasını bərpa edir. Onun potensialı çox yüksəkdir. Ümid edirik daha da yaxşı olacaq. Bu gün də oyuna pis qoşulmadı”.