- Baxış sayı: 24
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi və Almaniya milli komandası ilə dünya çempionu olan Bastian Şvaynştayqer etiraf edib ki, portuqaliyalı mütəxəssis “Mançester Yunayted”i çalışdırarkən onu praktiki olaraq meydana buraxmadığı üçün Joze Mourinyoya qarşı kin saxlamır.
Allsport.az xəbər verir ki, bu barədə o, “forfortu” nəşrinə açıqlama verib:
“Etiraf etməliyəm ki, Joze Mourinyo ilə həmişə yaxşı münasibətim olub. Danışanda bir-birimizə qarşı çox hörmətli idik. Onun xarakterini çox bəyənirəm. Sonda o, məndən üzr istədi. Onun əlini sıxdım və dedim: “Hər şey yaxşıdır, narahat olma.
Əlbəttə, mən daha çox oynamaq istərdim, xüsusən də Pol Poqba və Zlatan İbrahimoviçlə. Çünki onların ikisi ilə biz daha çox şeyə nail ola bilərdik”.