- Baxış sayı: 35
- 12 Mart 2026 22:49
- Baxış sayı: 428
- Mart 12, 2026
- 0

“Bornmut”un hücumçusu Dominik Solanke İngiltərə çempionatında dekabr ayının ən yaxşı oyunçusu olub.
Allsport.az xəbər verir ki, 26 yaşlı britaniyalı ötən ay 6 oyunda 6 qol vurub, komandası 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub.
Mükafata digər namizədlər isə Trent Aleksandr-Arnold (“Liverpul”), Mateus Kunya (“Vulverhempton”), Məhəmməd Kudus (“Vest Hem”), Maykl Olise (“Kristal Pelas”), Koul Palmer (“Çelsi”), Markos Senesi (“Bornmut”) və Son Xın Min idi. (Tottenhem).