Oyarsabal üçün İtaliya variantı

“Latsio” hücum xəttini gücləndirmək məqsədilə “Real Sosyedad”ın kapitanı Mikel Oyarsabalı transfer etmək niyyətindədir.

Allsport.az xəbər verir ki, Roma təmsilçisi 28 yaşlı oyunçu üçün rəsmi təklif hazırlayır və artıq İspaniya klubu ilə ilkin təmaslara başlayıb. “Latsio”nun baş məşqçisi Mauritsio Sarrinin ispaniyalı futbolçunun oyununu yüksək qiymətləndirdiyi və onun keçidində israrlı olduğu bildirilir.

Mikel Oyarsabal “Real Sosyedad”ın yetirməsidir və 2015-ci ildən əsas komandada çıxış edir. Cari mövsümdə o, 15 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan