- Baxış sayı: 27
- 13 Mart 2026 23:16
- Baxış sayı: 122
- Mart 13, 2026
- 0

Azərbaycan premyer liqasının XXIV turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1) oyunundan sonra mətbuat konfransı olub.
Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Andrey Demçenko bunu deyib: “Birinci hissə bizim üçün daha uğurlu keçdi. İki baxımlı qol vurduq. İkinci hissədə isə səhvimizdən qol buraxdıq. Belə oyunda vacib olan nəzarəti əldə saxlamaq və qələbə hesabını qorumaqdır.
İkinci hissədə də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar. Matçın sonları bizim üçün daha gərgin keçdi.
Fikrimcə oyundan oyuna daha yaxşı oluruq. Çünki futbolçular məşqçilərin onlardan nə istədiklərini başa düşür, verilənləri yerinə yetirməyə çalışırlar”.