“Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq”

Bu gün Türkiyədə təlim-məşq toplanışında “Araz-Naxçıvan” Ərzurumda “Alanyaspor”la 0:0 edib. Allsport.az saytı xəbər verir ki, matçla bağlı baş məşqçimiz Elmar Baxşıyevin açıqlama verib:

“Hazırlığımız plan üzrə gedir. Bugünkü matçdakı rəqibimiz Türkiyə Super Liqası komandasıydı. “Alanyaspor”la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik. Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik.

Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə səhvlər, çatışmazlıqlar olur. Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmağa istəyirik.

Uşaqlar çox istəklidirlər. Bu da sevindirici məqamdır. Ümumi götürdükdə, komandanın performansından razı qaldım”.

Həmin kateqoriyadan