- Baxış sayı: 38
- 25 Mart 2026 22:56
- Baxış sayı: 208
- Mart 25, 2026
- 0

Bu gün Azərbaycan kubokunun final qarşılaşmasının oyunöncəsi mətbuat konfransları baş tutub.
Allsport.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Vasili Berezutski “Qarabağ”la matçda imkanların bərabər olduğunu bildirib:
“Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. Oyunun əhəmiyyətini bilirik. “Sabah” ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Bir aydır ki, bu matça hazırlaşırıq. “Qarabağ” da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. İmkanlar 50/50-dir”.