- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Oyundan və futbolçularımdan çox danışmaq olar. Amma istəmirəm danışım. Sadəcə, futbolçularımı bağrıma basıram, hər birini təbrik edirəm. Bu gün həqiqətən də meydanda “Qarabağ”a layiq inamlı insanlar gördük”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 2-ci təsnifatında İsveçrədə “Sürix”lə cavab matçından (2:2) sonra keçirilən mətbuat konfransında deyib. Onun bildirdiyinə görə, komanda sona qədər döyüşüb:
“Rəqibimiz güclü idi. Mən həmişə futbolçularımızı döyüşçü adlandırıram. Həqiqətən bu gün oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi. Hər bir halda futbolçularım buna layiq idi. Allaha şükür ki, hər şey istədiyimiz kimi oldu. Əvvəl də demişdim, “Sürix” bizə uyğun rəqib deyil. Bütün azərbaycanlıları təbrik edirəm. “Sürix”ə gələcək oyunlarda uğurlar arzulayıram”.
Qurban Qurbanov hesabda geri düşəndə, futbolçularına hansı tapşırıqları verməsindən də danışıb: “Bəli, bir az gərgin dəqiqələr idi. Futbol dilində hər şeyi anlatdım. Belə oyunlar həm futbolçuları, həm də məni daha böyük edir. Bəzən belə görüşlərdə məğlub olsaq da, məyus olmuram. Belə oyunlar hamımıza lazımdır. Bəzi tapşırıqları verdim. Rəqibin uzun ötürmələrində diqqətli olmağı tapşırdım. Başqa tapşırıqlar da oldu. İndi hamısı yadımda deyil. Bu da bir təcrübə oldu”.