“Oyunun sonunda qol buraxmaq həmişə məyusedicidir”

İsveçrə millisinin kapitanı Qranit Caka Avro-2024-də Almaniya ilə heç-heçəni (1:1) şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Oyunun sonunda qol buraxmaq həmişə məyusedicidir. Ümumilikdə düşünürəm ki, biz əla xarakter nümayiş etdirdik, topu yaxşı saxladıq, çox yaxşı oynadıq və sonda bir xalla sevinməliyik.

Almanların nə qədər güclü olduğunu bilirdik. Topla həmişə istədiyimiz kimi sərbəst oynamaq həmişə mümkün olmayıb. Amma düşünürəm ki, top olmadan aqressiv davrandıq, pressinq etdik və əksər hallarda özümüzü yaxşı tərəfdən göstərdik”.

Həmin kateqoriyadan