- Baxış sayı: 59
- 18 Dekabr 2025 10:50

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib.
Allsport.az xəbər verir ki, Bahadır Cəlalov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.
Özbəklər Bakı boks mərkəzində Azərbaycan yığması ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
“Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.