- Baxış sayı: 24
- 15 Yanvar 2026 19:37
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

“Vest Hem”in ulduz yarımmüdafiəçisi Lukas Paketa sabiq klubu “Flamenqo”ya qayıtmaq üçün rəhbərliyə rəsmi müraciət edib.
Allsport.az xəbər verir ki, 28 yaşlı braziliyalı artıq şəxsi müqavilə şərtlərini razılaşdırıb.
“Flamenqo”nun bu transfer üçün təxminən 40 milyon avro təklif etdiyi bildirilir.
Paketa mərc qalmaqalı ilə bağlı araşdırmalardan yorulduğu və DÇ-2026 öncəsi vətəninə qayıtmaq istədiyi üçün bu addımı atıb. Cari mövsümdə 19 oyuna çıxan Paketa 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.