- Baxış sayı: 29
- 13 Mart 2026 23:43
- Baxış sayı: 128
- Mart 13, 2026
- 0

“Vest Hem”in və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa karyerasını vətənində davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Flamenqo” 28 yaşlı futbolçunun transferi üçün London klubu ilə 35,8 milyon funt-sterlinq (təxminən 41 milyon avro) qarşılığında razılığa gəlib.
Bu məbləğ Paketanı Braziliya çempionatı tarixinə ən baha qiymətə transfer edilən oyunçu kimi salıb.
Paketa 2022-ci ildə “Lion”dan “Vest Hem”ə 42,95 milyon avroya keçmişdi. O, paytaxt təmsilçisinin heyətində keçirdiyi 139 oyunda 23 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.