Palmer tam sağalıb

“Çelsi”nin baş məşqçisi Enso Mareska yarımmüdafiəçi Kol Palmerin dekabrın 27-də “Aston Villa”ya qarşı keçiriləcək premyer liqa matçında tam 90 dəqiqə oynamağa hazır olduğunu bildirib.

Allsport.az xəbər verir ki, o, qeyd edib ki, Palmer son oyunlarda (“Everton”a qarşı 60, “Nyukasl”a qarşı 70 dəqiqədən çox) bərpa prosesində irəliləyiş göstərib və artıq tam oyun keçirmək gücündədir.

23 yaşlı futbolçu bu mövsüm premyer liqada 7 oyuna 2 qol, çempionlar liqasında isə 1 oyuna 1 qol vurub.

Həmin kateqoriyadan