- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Yunanıstanın “Panatinaikos” klubunun ispaniyalı müdafiəçisi Serxio Sançes Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri ilk oyunu buraxmalı olacaq. Allsport.az xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Belçikanın “Brügge” klubuna qarşı ilk oyunda birbaşa qırmızı vərəqə almasıdır.
Buna görə UEFA onu iki oyunluq cəzalandırıb. Belçikalılarla cavab görüşünü buraxmış futbolçu “Qəbələ” ilə ilk qarşılaşmada da komandasına kömək edə bilməyəcək. Onun yalnız Azərbaycan klubu ilə cavab görüşündə iştirakı mümkündür.
Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə 27-də Afinada keçiriləcək.