Paris olimpiadasında İran komandası mərhum prezident Rəisinin adını daşıyacaq

İranın milli olimpiya komitəsinin (MOK) mətbuat xidməti bildirib ki, milli komanda Parisdə keçiriləcək olimpiya oyunlarında ölkənin mərhum prezidenti İbrahim Rəisinin şərəfinə mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, İran komandasının adı Xadem ər-Reza olacaq.

İran prezidenti və İslam respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahinin olduğu helikopter İran-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İran qızıl aypara cəmiyyəti məlumat yayıb ki, axtarış-xilasetmə qrupları Rəisinin Azərbaycana səfərdən qayıdan helikopterini tapıblar.

Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Həmin kateqoriyadan