Pato İngiltərədə klub alır

Braziliya millisinin sabiq ulduzu Aleşandro Pato İngiltərənin II liqa təmsilçisi “Kolçester Yunayted”i almağa hazırlaşır.

Allsport.az xəbər verir ki, 36 yaşlı keçmiş hücumçu klubun sahibi Robbi Koulinqlə danışıqlar aparmaq üçün şənbə günü komandanın “Flitvud Taun”a 2:1 hesabı ilə qalib gəldiyi oyunu tribunadan izləyib. Patonun təkbaşına deyil, bir investisiya şirkətinin tərkibində bu addımı atdığı bildirilir.

Karyerası ərzində “Milan”, “Çelsi” və “Vilyarreal” kimi klublarda oynamış Patonun təxminən 100-145 milyon funt-sterlinq sərvətə sahib olduğu təxmin edilir.

Həmin kateqoriyadan