“Parterdə xal qazanacağıma əmindim”

Bakı idman sarayında güləş üzrə U-23 Avropa çempionatında bu gün 5 çəkidə mükafatçılar məlum oldu. Allsport.az saytı xəbər verir ki, yunan-Roma üsulu ilə çıxış edənlərin rəqabətinndə 63 kq-da Ziya Babaşov finalda moldovalı Vitali Yeriomenkonu 3:2 üstələyib. O, sevincini KİV-ə bölüşdü:

“Yarış yaxşı keçir. Qalib olmaq istəyirdim. Öz ölkəmizdə bayrağı yüksəltmə ayrı hissdir. Qələbəni ailəmə həsr edirəm. Hesabda geri idim. Amma bu taktika idi. Allaha çox şükür, istədiyim kimi oldu. Finalda həyacanlı idi. Bu üzdən yorğun görünə bilərdim. Parterdə xal qazanacağıma əmindim. Həlledici görüşdə yenilmək istəmirdim”.

Həmin kateqoriyadan