“Penalti epizodundan əvvəl qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı”

“Araz-Naxçıvan” premyer liqanın 36-cı turunda şərti öz meydanında “Sabah”a 2:4 yenilib. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra mətbuat konfransında “al qurdlar”ın məşqçisi Vadar Nuriyev bunu deyib:

“Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik, yaxşı da başladıq. Adi səhvdən qol buraxdıq. İkinci qolda da səhvə yol verdik. Halbuki penalti epizodundan əvvəl qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı.

“Sabah” elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azından 1 xal götürmək istəyirdik. Alınmadı. “Sabah”ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik”.

Həmin kateqoriyadan