- Baxış sayı: 78
- 20 Mart 2026 13:31
- Baxış sayı: 129
- Aprel 03, 2026
- 0

Peşəkar çövkən liqasında 3-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ilk 2 oyunda qalib gəlmiş “Embavud” və “Sərhədçi” komandaları görüşüblər. Matç “sərhədçilər”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda “Buta Qolden”, “Şamaxı”nın qapısından 5 cavabsız top keçirib. Bazar günü keçirilmiş oyunlarda səviyyə fərqi silahlanmamış nəzərlərlə hiss olunub: “Zəfər” “Xəzər”i 7:0, “Polad” isə “Omar”ı 3:0 məğlub edib. “Elit”lə oyuna çıxmadığı üçün “Atilla” klubuna 0:6 hesablı texniki məğlubiyyət verilib.
3 turdan sonra “Polad”, “Sərhədçi” və “Elit” komandaları 9 xalla yarış cədvəlinə başçılıq edirlər. Daha 3 komandanın hesabında 6 xal var.
Qolçular siyahısına 9 topla “Polad”dan Şəfayət Budaqov başçılıq edir.