- Baxış sayı: 62
- 23 Aprel 2025 16:25
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Aprelin 19-20-də Sankt-Peterburqda dünya etnosport konfederasiyasının VII beynəlxalq Forumu keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə beynəlxalq etnosport konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, bir sıra ölkələrin idman nazirləri və idman sahəsinə məsul nümayəndələri iştirak ediblər. Forumda Azərbaycanı gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, milli idman növləri assosiasiyasının prezidenti Kazım Qurbanov və atçılıq federasiyasının nümayəndəsi Müzadil Həsənov təmsil ediblər.
Forum çərçivəsində həmçinin 6-cı ənənəvi idman mükafatlarının təqdimetmə mərasimi də baş tutub. Azərbaycan atçılıq federasiyası etnosportun inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb.