PFL 7 yaşını qeyd edir!

Bu gün Peşəkar Futbol Liqasının yaranmasından 7 il ötür. Allsport.az xəbər verir ki, 2008-ci ilin məhz bu günü təsis olunan Peşəkar Futbol Liqası ölkə futbolunun əsas liqalarının keçirilməsinə cavabdehdir.

Geridə qalan 7 il ərzində müxtəlif yeniliklərə imza atan PFL bu gün də ölkə futbolunun inkişafı üçün çalışır. Peşəkar Futbol Liqası yarandıqdan sonra klublarımız avrokuboklarda uğurla çıxış ediblər. Bunun nəticəsində Avropa reytinqində xeyli irəliləmişik.

Allsport.az redaksiyası başda Ramin Musayev olmaqla PFL-in bütün kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayır!

Həmin kateqoriyadan