Pireneye 2 yelkənli qayıqçımız yollandı

11-18 apreldə İspaniyada yelkənli qayıq üzrə İLCA 4 (Beynəlxalq laser dinfi assosiasiyası) Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Mursiya şəhərində təşkil olunacaq məsul sınaqda Azərbaycan su idman növləri federasiyası ölkəmizi iki idmançı ilə təmsil edəcək.

Komandamızın heyətində Nərgiz Məmmədova və Nəzrin Məmmədova yüksək nəticələr uğrunda mübarizə aparacaqlar. Məşqçi Mithat Can İldırım, komanda rəhbəri isə Burcu Algon Giorgiannidir.

Həmin kateqoriyadan