Platininin kubokları oğurlandı

UEFA-nın sabiq prezidenti və üçqat “Qızıl top” sahibi Mişel Platini qarət edilib.

Allsport.az xəbər verir ki, hadisə bu gün Fransanın Kassis şəhərində Fransa millisinin sabiq futbolçusunun evində törədilib. Platini bağçada səs-küy eşidəndən sonra səhər saat beşin yarısında oyanıb. Pəncərədən bayıra baxanda qara paltarlı, kapüşonlu bir kişi görüb. Cinayətkar ev sahibini görüb və dərhal gözdən itib.

Bundan sonra Platini ayrıca evdə saxlanılan kubok və medal kolleksiyasının itdiyini aşkar edib. Ümumilikdə 20-yə yaxın əşya oğurlanıb.

Polis oğurluq faktı ilə bağlı araşdırmalara başlayıb.

Həmin kateqoriyadan