- Baxış sayı: 98
- 12 Oktyabr 2025 12:01
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Plovdiv şəhərində savatın assault və kombat növü üzrə beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, 16 ölkədən 150-dən çox idmançının qatıldığı yarışı Azərbaycan millisi 1 qızıl medalla bitirib.
Gənclər arasında 80 kq-da bütün rəqiblərinə qalib gələn Məhəmməd Süleymanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yığmanın digər üzvü Tutu İsmayılova (52 kq) böyüklər arasında turnirin 1/8 final mərhələsində Bolqarıstan idmançısını məğlub etsə də, ardınca belçikalı rəqiblə qarşılaşmada zədələnib və turnirlə erkən vidalaşıb.
Qeyd edək ki, hər 2 idmançı assault növündə mübarizə aparıb.