- Baxış sayı: 25
- 25 Mart 2026 22:56
- Baxış sayı: 196
- Mart 25, 2026
- 0

“Milan”ın yarımmüdafiəçisi Tommaso Pobeqa karyerasını “Bolonya”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, ötən mövsümdən “Bolonya”da icarədə olan 26 yaşlı futbolçu yeni mövsümə də bu klubda başlayacaq.
Milanlılar icarə müqaviləsinə görə 1 milyon avro, daha sonra məcburi satınalma aktivləşdirildikdən sonra 7 milyon avro təzminat alacaq.
2024/25 mövsümündə Pobeqa “A” seriyasında 21 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.