- Baxış sayı: 29
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 125
- Dekabr 19, 2025
- 0


“Qarabağ” Avropa liqasının pley-ofunda evdə Sloveniyanın “Olimpiya” klubu ilə 1:1 oynadı. Allsport.az saytı xəbər verir ki, Lüblyanada ilk matçda “köhlən atlar” 2:0 qalıb gəldiyindən, mərhələ adlayan tərəf bizimkilər oldu. Bakıda görüşdən sonra brifinqdə Ağdam komandasının prezidenti Tahir Gözəl bunu söylədi:
“Postsovet ölkələri arasında ardıcıl 10-cu dəfə qrup mərhələsinə düşmək böyük və nadir hadisədir. Matçdan razı qaldım. Ehtiyatlı, səliqəli oynadıq.
Bizə əsas mərhələ adlamaq lazım idi. “Qarabağ” Azərbaycanın ruhudur. Qrupda hansı rəqibin olmasının fərqi yoxdur – “Liverpul” və ya “Roma” olsun, biz istənilən rəqibi qarşılamağa hazırıq”.