Premyer liqanın püşkü atıldı

Azərbaycan premyer liqasında 2025/2026 mövsümünün püşkü atılıb.

Allsport.az xəbər verir ki, “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyli zalı”nda baş tutan tədbirdə püşkü peşəkar futbol liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov və qəbul imtahanlarında 697,5 bal toplayan Nizami rayonunun 129 saylı tam orta məktəbinin məzunu Anar Babayev çəkib.

Püşk nəticəsində ilk turun təqvimi belə müəyyənləşib:

“Karvan” – “Qəbələ”

“Neftçi” – “Şamaxı”

“İmişli” – Turan Tovuz”

“Sabah” – “Qarabağ”

“Sumqayıt” – “Kəpəz”

“Zirə” – “Araz- Naxçıvan”

Yeni mövsüm avqustun 15-də start götürəcək.

Həmin kateqoriyadan