Prosineçki Serbiya və Norveç ilə oyunlar üçün heyəti açıqladı

Azərbaycan milli komandasının iyunun 7-də Avstriyada Serbiya yığması ilə keçirəcəyi yoxlama oyunu və AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Oslo şəhərində Norveç komandası ilə keçirəcəyi qarşılaşma üçün heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki aşağıdakı futbolçulara dəvət göndərib:

Kamran Ağayev – “Kayserispor” (Türkiyə)
Aqil Məmmədov – “Neftçi”
Emil Balayev – “Ayntraxt” (Frankfurt, Almaniya)
Maksim Medvedev – “Qarabağ”
Bədavi Hüseynov – “Qarabağ”
Rəşad Sadıqov – “Qarabağ”
Məhəmməd Mirzəbəyov – “İnter”
Arif Daşdəmirov – “İnter”
Ruslan Abışov – “Qəbələ”
Pavel Paşayev – “Metallurq” (Zaporojye, Ukrayna)
Qara Qarayev – “Qarabağ”
Cavid Tağıyev – “Qarabağ”
Elvin Camalov – “Qəbələ”
Cavid Hüseynov – “Qəbələ”
Coşqun Diniyev – “İnter”
Elvin Məmmədov – “İnter”
Əfran İsmayılov – “İnter”
Dmitri Nazarov – “Karlsrue” (Almaniya)
Tuğrul Erat – “Fortuna” (Dusseldorf, Almaniya)
Ruslan Qurbanov – “Hayduk” (Split, Xorvatiya)
Araz Abdullayev – “Neftçi”
Rahid Əmirquliyev – “Xəzər Lənkəran”
Elnur Cəfərov – “Xəzər Lənkəran”
Vüqar Nadirov – “Qarabağ”
Məhəmməd Qurbanov – “Sumqayıt”

Həmin kateqoriyadan