PSJ Osimheni transfer etməyəcək?

PSJ “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhenin transferi ilə bağlı müzakirələrə son qoyub.

Allsport.az xəbər verir ki, Paris təmsilçisi nigeriyalı futbolçunu heyətinə qatmaq fikrindən qəti şəkildə daşınıb.

Klubun bu qərarı maliyyə səbəbləri ilə bağlıdır. Baş məşqçi Luis Enrike 27 yaşlı hücumçunun oyun üslubunun komandanın taktikasına uyğun gəlmədiyini hesab edir. Bundan əlavə, “Qalatasaray”ın Osimhen üçün tələb etdiyi 150 milyon avroluq transfer məbləği və futbolçunun illik 20 milyon avro maaşı PSJ-nin 2023-cü ildən tətbiq etdiyi maliyyə nizam-intizamı qaydalarına ziddir.

Həmin kateqoriyadan