PSJ rusiyalı futbolçunu yaxından izləyir

“Lokomotiv” Moskva və Rusiya millisini yarımmüdafiəçisi Aleksey Batrakov PSJ-nin maraq dairəsindədir.

Allsport.az saytı xəbər verir ki, qapıçı Matvey Safonovla öyünən Paris klubu 20 yaşlı orta sahə oyunçusunu fəal şəkildə izləyir, onun haqqında məlumat toplayır. Keçid bu yay başa çata bilər.

Bu mövsüm Batrakov 22 RPL matçında 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan