- Baxış sayı: 40
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 166
- Dekabr 19, 2025
- 0


Azərbaycan premyer liqasında IV tura start verilib. Allsport.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.
İki dəqiqə sonra “Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Əlavə olunmuş birinci dəqiqədə Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib. 90+4-cü dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.
Qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qəbələ” birinci pilləyə yüksəlib. “Səbail” isə hələlik 6 xalla üçüncüdür.