- Baxış sayı: 29
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 124
- Dekabr 19, 2025
- 0


Yeni mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallideylə anlaşıb. O, icarə əsasında 1 il komandamızın heyətində çıxış edəcək.
Orta sahə futbolçusu vətənində “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmədə, peşəkar karyerasında Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib.