- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 92
- Dekabr 19, 2025
- 0


“Sumqayıt” premyer liqanın XXI turunda doğma meydanda “Araz-Naxçıvan”la heç-heçə edib – 0:0.
Allsport.az xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov bunu deyib:
“Maraqlı oyun alındı. Düşünürəm ki 1-ci hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki penalti imkanını qola çevirə bilmədik. Amma belə rəqibə qarşı əldə olunan 1 xala görə komandama alqış düşür. Qələbə qazana bilmədiyimiz üçün üzülürük. Lakin göstərdiyimiz mübarizə ilə qələbə əzmimiz də artır. Növbəti oyunlara hazırlaşacağıq”.