- Baxış sayı: 31
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, İsveç millisinin baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçirəcəkləri Avro-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:
“Bu gün Avropa futbolunda zəif komanda yoxdur. Heç kimi zəif saymaq olmaz. Avstriya – Azərbaycan görüşündə hesab oyuna görə olmadı. İlk 20-25 dəqiqə ərzində Azərbaycan komandası çox maraqlı oyun göstərirdi. Sadəcə, müdafiədə buraxılan səhvlərdən sonra hiss olundu ki, futbolçular ruhdan düşdü və komanda uduzdu.
Futbolçularınızı izləyirəm, tanıyıram. Ramil Şeydayev kimi oyunçularınız var. Mən belə futbolçuları bəyənirəm. Əsasən, azərbaycanlı futbolçuların yüksək texnikaya malik olmasını qeyd etmək istəyirəm. Bizə çox çətin olacaq. Amma çox yaxşı başa düşürük ki, ardıcıl ikinci oyunda xal itirməməliyik. Bu səbəbdən matça çox ciddi hazırlaşırıq. Qələbə uğrunda mübarizə aparacağıq”.