- Baxış sayı: 40
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 165
- Dekabr 19, 2025
- 0


“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, komanda iyunun 30-da Qəbələdə təlim-məşq toplanışına başlayacaq.
Hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-da və 14-də baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.
Təlim-məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyunun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik məlum deyil.