- Baxış sayı: 6
- 27 Noyabr 2024 21:49
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Yeni mövsümünə hazırlığı davam etdirən “Qəbələ” yay fasiləsində ilk legionçu alıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Albaniya millisinin üzvü Sabien Lilayı heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına “Tirana”da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan Sabien “Lokomotiva”nın formasını geyinib. O, 2012-ci ildən 2018-ə qədər “Skenderbeu”da oynayıb.
Sabien Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu, 2 dəfə kubok, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015 və 2017-ci illərdə ölkəsində ilin futbolçusu seçilib. Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi bu komandada 16 oyun keçirib.