- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

“Qəbələ” klubu jurnalist Rasim Əliyevin ölümü ilə bağlı daha bir rəsmi açıqlama yayıb. Allsport.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:
“Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun “Qəbələ”nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi “Qəbələ”nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olmuş, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılmışdır. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov “Qəbələ “də çıxış etmirdi”.
Qeyd edək ki, Elşən İsmayılovun Cavid Hüseynovun bibisi oğlu olduğu bildirilir.