- Baxış sayı: 22
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Qəbələ”nin yay hazırlıq proqramı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, mövsüm başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də bir araya gələcək.
Qəbələdə toplaşacaq “qırmızı-qaralar” ayın 18-dək məşqlərini doğma arenada keçəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaq.
Komanda Avropa liqası ilə start verəcəyi 2018/19 mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ” təlim-məşq toplanışını iyulun 7-dək sürdürəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.