- Baxış sayı: 21
- 25 Mart 2026 19:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
Bu gün Bayıl stadionunda Bakcell U-17 Liqasında çıxış edən komandaların iştirakı ilə təşkil olunmuş U-17 Kuboku turnirinin final oyunu keçirilib. Allsport.az xəbər verir ki, “Qəbələ” və “Bakı” komandaları arasında keçirilmiş qarşılaşma 4:1 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.
Oyundan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin futbol veteran Rüstəm Rəhimovun iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.