- Baxış sayı: 34
- 30 Mart 2026 17:59
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Qəbələ” və “Keşlə” klubları arasında Azərbaycan kubokunda final görüşünün püşkü atılıb.
Allsport.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqasında təşkil olunan mərasində “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak ediblər.
Nəticəsinə əsasən “Keşlə” finalın nominal meydan sahibi olub. Ölkə kubokunun finalı 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.