- Baxış sayı: 24
- 15 Yanvar 2026 19:37
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

“Araz-Naxçıvan” və “Qəbələ” komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Allsport.az xəbər verir ki, matç Qəbələ təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
“Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.