“Qəbələ”nin fan-klubu da bəyanat yaydı

“Qəbələ” İdman Klubunun Bakı fan-klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutan Kipr “Apollon”u ilə cavab matçı (1:0) zamanı və oyundan sonra baş verən xoşagəlməz hadisələrlə bağlı bəyanat yayıb. Allsport.az sizi həmin bəyanatla tanış edir:

“Fan-klubun bütün üzvləri adından ictimaiyyətə çatdırmaq istədik ki, yeganə məqsədimiz ölkə daxilində və beynəlxalq idman arenalarında komandamıza dəstək olmaqdır. Bütün oyunlarda çalışırıq ki, komandamızda ruh yüksəkliyi yaradaq, onların oyuna köklənməsinə yardımçı olaq. Komandamızı etik davranışlar çərçivəsində dəstəkləmək və aqressiyadan, təxribatdan uzaq olmaq fan-klubumuzun prinsipial mövqeyidir. İstərdik ki, hüquq-mühafizə orqanları tribunalarda bizə dəstək olsunlar. Kütləvi insidentlərin iştirakçısı deyil, azarkeşlərimizin müdafiəçisi olsunlar. Digər inkişaf etmiş futbol ölkələrində olduğu kimi öz sevimli komandamızı şüarlar, plakatlar vasitəsilə dəstəkləmək imkanına malik olmaq istəyirik”!

Həmin kateqoriyadan