FOTO
“Qəbələ”nin Türkiyədə 9-cü günü leysanda keçdi

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 9-cu gününü güclü yağış yağmasına baxmayaraq, 2 məşqlə yekunlaşdırıb. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

Bərpa prosesi keçən Pavol Farkaş və Dodo komandadan ayrı çalışıb.

Xatırladaq ki, “Qəbələ” bu gün – yanvarın 14-də təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək. Sözügedən matçda “qırmızı-qaralar” Türkiyə Super Liqasında mübarizə aparan “Əskişəhərspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Həmin kateqoriyadan