- Baxış sayı: 48
- 10 Aprel 2026 19:23
- Baxış sayı: 68
- Aprel 10, 2026
- 0

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan kubokunun finalında “Gəncə”yə məğlub olduqları oyundan sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, litvalı mütəxəssis bunu deyib:
“Üstünlüyümüzü əldən verdik. Bəzi epizodlarda konsentrasiyanı itirdik. 30 dəqiqə oyuna nəzarət bizdə idi. 4-cü period isə ağır alındı. Qələbəmizə tez inandığımızdan məğlub olduq. “Gəncə”ni təbrik edirəm. Bizimlə oyuna yaxşı hazırlaşmışdılar. “.