- Baxış sayı: 18
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

“Sabah”ın baş məşqçis Valdas Dambrauskas konfrans liqasının II təsnifat mərhələsində Moldova “Petrokub”unu 4:1 hesabı ilə darmadağın etdikləri görüş barədə danışıb.
Allsport.az xəbər verir ki, litvalı mütəxəssis ilk olaraq onları dəstəkləyən hər kəsi təbrik edib: “İlk oyunda qazanılan 2:0 hesablı qələbə bizi rahatlaşdıra biləcəyindən narahat idim. Rahatlaşmaq olmazdı. Bugünkü oyunda rəqibdən tam üstün oynadıq. İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq. Rəqib fərqləndikdən sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Bu oyun gələcək üçün çoxlu informasiya verir. Bu, inkişafımız üçün çox önəmlidir. İkinci hissədə topun nəzarəti bizim tərəfimizdə idi, buna baxmayaraq rəqibin 3-cü bölgəsində çoxlu fürsət qaçırdıq. Bunun üzərində işləməliyik. Oyun bitdikdən sonra hesaba baxdıqda, bu qələbə sizə asan görünə bilər. Amma bu nəticə üçün futbolçularım çox zəhmət çəkdilər. Qələbənin arxasında çox ağır iş dayanır”.