Qadın cüdoçular Albaniya təlim-məşqində

Qadınlardan ibarət milli yığma komandamızın 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına qatılıb. Allsport.az saytı xəbər verir ki, hazırlıq 13 noyabrda başlayıb və 23 noyabra qədər davam edəcək.

Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanistan, Çexiya, Macarıstan və Kosovodan olan 100-ə yaxın idmançı iştirak etdir.

Cüdoçularımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish