- Baxış sayı: 59
- 03 Dekabr 2025 22:47
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Qadınlardan ibarət Azərbaycan komandası işğaldan azad olunmuş torpaqlara “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişlər.
Allsport.az xəbər verir ki, səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşmüş, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və şagirdləri ilə tanış olmuşlar.
Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilmişdir. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzü də ziyarət edib.
Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir. Qarabağ torpaqları bizim üçün təkcə idman baxımından deyil, həm də milli-mənəvi dəyərlərimiz baxımından vacibdir.