- Baxış sayı: 37
- 26 İyul 2024 11:02
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, mundialda qadınlardan ibarət millimizin bir neçə üzvü də iştirak edəcək. Hal-hazırda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Bakıda təlim-məşq toplanışı keçir.
Olimpiya güləş mərkəzində baş tutan məşqlər həftədə 6 dəfə olmaqla keçirilir. Məşqçilər korpusunun tərtib etdiyi proqrama əsasən, həftənin 3 günü gündəlik 2 məşq, digər 3 günündə isə 1 məşq reallaşır. Dünya çempionatına hazırlıq xarakteri daşıyan TMT oktyabrın 2-dək davam edəcək.
Qeyd edək ki, Osloda qadın güləşçilərin mübarizəsi 4-7 oktyabrda baş tutacaq.