- Baxış sayı: 35
- 15 Yanvar 2026 18:57
- Baxış sayı: 45
- Yanvar 15, 2026
- 0

“Qalatasaray”ın müdafiəçisi Vilfrid Sinqo karyerasını “A” seriyasında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “İnter”ə təklif olunub. Milan təmsilçisinin bu keçidlə bağlı ilkin dəyərləndirmələrə başladığı bildirilir.
Fil Dişi Sahili millisinin üzvü 2025-ci ilin yayında 30 milyon avro qarşılığında “Monako”dan “Qalatasaray”a transfer olunub. Lakin zədələr səbəbindən İstanbul klubunda müntəzəm oynaya bilməyən Sinqo cari mövsümdə cəmi 10 matçda meydana çıxıb.