”Qalatasaray”ın oyunu təxirə salındı

Türkiyə superliqasında XXVII turun iki oyunu təxirə salınıb.

Allsport.az xəbər verir ki, buna səbəb klubların avrokuboklardakı oyunlarıdır.

Çempionlar liqasının 1/8 final mərhələsində iştirak edən “Qalatasaray”la konfrans liqasında mübarizə aparan “Samsunspor”un oyunu planlaşdırılan vaxtda baş tutmayacaq.

“Qalatasaray” çempionlar liqasında “Liverpul”la (10-18 mart), “Samsunspor” isə konfrans liqasında “Rayo Valyekano” ilə (12-19 mart) qarşılaşacaq.

Həmin kateqoriyadan